Modern.az

Müsavatın mitinq müraciətinə hələ cavab verilməyib

Müsavatın mitinq müraciətinə hələ cavab verilməyib

10 Mart 2011, 11:26

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının 12 mart aksiyası ilə bağlı müraciətini hələ cavablandırmayıb. Bu barədə Modern.az-a partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. 

“Dünən axşam saatlarında Bakı şəhər İcra hakimiyyətinin şöbə müdiri  Zaur Ramazanovla telefon əlaqəm olub. O bildirib ki, bu günün I yarısında bizim müraciətimizə cavab veriləcək. Amma hələlik bizimlə əlaqı saxlamayıb”-deyən Hacılı cavab gözlədiklərini deyib.

A.Hacılı onu da qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin  keçiriləcək mitinqə icazə verməməsinə heç bir əsas yoxdur: “Hər halda bizim qərarımız istənilən halda ayın 12-də mitinq keçirməklə bağlı qərardır”.

Qeyd edək ki, bu gün cavab almaq üçün sonuncu gündür. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat