Modern.az

Hökumətə büdcəyə yenidən baxmaq üçün  9 gün vaxt verildi

Hökumətə büdcəyə yenidən baxmaq üçün  9 gün vaxt verildi

7 Dekabr 2016, 18:32

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

Modern.az-ın xəbərinə görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib.

Müzakirələrdən sonra Milli Məclis sədri Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı