Modern.az

İran valyutasının adını dəyişdi: Tümən oldu

İran valyutasının adını dəyişdi: Tümən oldu

7 Dekabr 2016, 20:02

İranda milli valyutanın adı dəyişdirilib. Modern.az xəbər verir ki, dövriyyəyə fars tüməni buraxılıb. Bir tümən 10 riala bərabərdir.

Rial indiyədək ölkənin rəsmi valyutası rial hesab edilsə də, vətəndaşlar gündəlik həyatda ona tümən deyirdilər.

Valyutanın adının dəyişdirilməsi qərarını İran hökuməti təsdiqləyib. İndi parlament və Konstitusiya Keşikçiləri Şurası da təsdiqləməlidir.

Fars tümənləri 1789-cu ildən  1932-ci ilədək əskinas kimi istifadə olunub, sonradan rial kimi adı dəyişdirilib.

Hazırda bir tümən 0,003 dollara bərabərdir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi