Modern.az

“Freedom House” hökümətə müraciət etdi: “Dözümlü olun”

“Freedom House” hökümətə müraciət etdi: “Dözümlü olun”

10 Mart 2011, 11:53

“Freedom House” təşkilatı Azərbaycan hökümətinə müraciət edib. Məlumatda Azərbaycan hökumətinə müraciət olunur ki, 11 martda keçirilməsi üçün elan edilən etirazlara tolerant olsun, toplaşmaq və birləşmək azadlığıma dözümlü yanaşsın. Modern.az “Azadlıq” radiosuna istinadən bildirir ki, təşkilat “Facebook” sosial şəbəkədə aktiv olan üç gəncin həbsindən narahatlığını ifadə edib. «Bir neçə həftə əvvəl hakimiyyətyönlü televiziyalar Azərbaycan vətəndaşlarına məsləhət veriblər ki, sosial şəbəkələrdən istifadə arzuolunmaz nəticələrə gətirib çıxara bilər». «Freedom House»un icraçı direktoru David J. Kramer bildirib ki, yaxın iki gündə fəalların təqibi təkcə beynəlxalq tənqidlərlə qarşılamayacaq, həm də sosial narazılığı artıracaq. O, bu həbslərin narahatedici olduğunu söyləyib: «Daha çox həbslər olması və ya ifadə azadlığına qarşı təzyiqlər Azərbaycan hakimiyyətinin güclülüyündən yox, zəifliyindən xəbər verəcək»,- David J.Kramer bildirib. «Freedom House» bəyanatında «Bakcell» mobil operatorundan «Facebook» şəbəkəsinə çıxışının məhdudlaşdırılmasını da pisləyib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat