Modern.az

Kənd Təsərrüfatı Nazirliyi "Feysbuk"a gəldi

Kənd Təsərrüfatı Nazirliyi "Feysbuk"a gəldi

Aktual

8 Dekabr 2016, 09:28

Kənd Təsərrüfatı Nazirliyinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. www.facebook.com/agro.gov.az səhifəsi kənd təsərrüfatı ilə bağlı məlumatları, yenilikləri yaymaqla yanaşı, ictimaiyyətlə qarşılıqlı əlaqəni təmin etmək məqsədi daşıyır.

Kənd təsərrüfatı ilə məşğul olanlar və məşğul olmaq istəyənlər, kənd təsərrüfatı məhsulları istehlakçıları bu səhifədən öz suallarını Nazirliyə göndərib bu səhifədə operativ cavab ala bilərlər.

Məlumat Modern.az saytına nazirliyin ictimai əlaqələr departamentindən verilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar