Modern.az

Bakıda bir ailəni maşın vurdu, azyaşlı oğlan öldü

Bakıda bir ailəni maşın vurdu, azyaşlı oğlan öldü

8 Dekabr 2016, 09:45

Bakıda bir ailənin bütün üzvləri qəzaya düşüb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Bağırov marketə daxil olmaq üçün idarə etdiyi "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb. O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn "BMW" markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb. Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən "Mercedes" markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıb. G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu