Modern.az

Sürüşkən yollarla bağlı sürücülərə xəbərdarlıq - FOTO

Sürüşkən yollarla bağlı sürücülərə xəbərdarlıq - FOTO

Aktual

8 Dekabr 2016, 10:02

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Qurumun sektor müdiri Mayis Ağayev Modern.az-a deyib ki, hazırda bəzi istiqamətlərdə sıxlıq müşahidə edilir.

“Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Həmçinin Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatıdırır ki, yollar buz bağladığında nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər”.

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı