Modern.az

Bu gün "Qarabağ" TARİX yaza bilər…

Bu gün "Qarabağ" TARİX yaza bilər…

8 Dekabr 2016, 10:27

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxacaq.

Komandamız Bakıda İtaliyanın güclü “Fiorentina” klubunu qəbul edəcək.

“Qarabağ” rəqibinə qalib gəlsə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün  PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da ikincilər qalib gəlməlidir.

Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir.

Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.


J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)
Baş hakim:
İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya)

1.

Fiorentina

5

3

1

1

13:5

10

2.

Qarabağ

5

2

1

2

6:10

7

3.

PAOK

5

2

1

2

5:6

7

4.

Slovan

5

1

1

3

7:10

4

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...