Modern.az

“Ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq”

“Ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq”

8 Dekabr 2016, 10:53

“Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən həyata keçirilir. Bu fəaliyyəti başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlil işləri həyata keçirdik. Nəticədə  əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakanədəlik, saxta diplom hallarına da rast gəldik”. 

 

Modern.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

 

Nazir bildirib ki, ali təhsil sahəsində köçürmələrlə bağlı vəziyyət qeyri qənaətbəxş idi ki, bu da akademik nəticələrə təsir edərək ildən-ilə müşahidə edilən qəbul imtahanlarındakı akademik səviyyənin aşağı salınmasına gətirib çıxarmışdı:

“Bunların qarşısının alınması üçün ölkədə vahid idarətetmə sistemi yaradıldı. Görülən işlərin nəticəsində hazırda müəllimlərin əmək haqları əhalinin orta əmək haqqına yaxınlaşır”.

 

Mikayıl Cabbarov vurğulayıb ki, təhsil sahəsində digər həyata keçirilən islahat məktəbə hazırlıqla bağlıdır ki, onun da əhata dairəsi genişləndirilib:

 

"2 il bundan öncə pilot layihə kimi  fəaliyyətə başlayan layihə  artıq bu ilin oktyabr ayından başlayaraq dövlət büdcəsi hesabına fəaliyyətə başlayıb. Artıq bütün məktəblərdə məkətəbəhazırlıq qrupları fəaliyyət göstərir".

 

Nazir qeyd edib ki, məktəblərdə əsas problemlərdən biri istilik sistemi ilə bağlı idi ki, artıq ölkə başçısının və baş nazirin dəstəyi ilə SOCAR və "Azəriqazla"  danışıqlar aprılıb və qazla təchiz olunmuş məktəblərdə bu məsələnin həllinə nail olunub

 

"Növbəti 2 il müddətində kəndlərdə yerləşən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulub. Görülən işlərin məntiqi nəticəsidir ki, 3 il  müddətində qəbul imtahanlarında akademik nəticələr yaxşılaşıb. Bu ilin 9-cu sinif şagirdlərinin buraxılış imtahanları fərqli olacaq. 2016-cı ilin 11 ayı ərzində 7 rayon üzrə təhsil şöbəsinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyi üçün həmin idarələrdə kadr dəyişikliyi edilib. Bundan əlavə, ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq"- deyə, nazir əlavə edib.

 

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir