Modern.az

Brilliant Dadaşova haqqında "efirə lüt çıxar" yazan jurnal məhkəməyə verilir

Brilliant Dadaşova haqqında "efirə lüt çıxar" yazan jurnal məhkəməyə verilir

Media

10 Mart 2011, 12:44

Xalq artisti Brilliant Dadaşova “Simsar” jurnalını məhkəməyə verəcək. Səbəb “Simsar” jurnalının birinci sayında dərc olunan usta Rəşidin müğənni haqqında dediyi sözlər olub.

Modern.az-ın sözügedən nəşrə istinadən verdiyi məlumata görə, bu barədə müğənninin özünü Nigar kimi təqdim edən köməkçisi jurnalın baş redaktoru İradə Nürəddinqızına zəng edərək bildirib: “Bunlar məhkəməlik sözlərdir. Biz sizi məhkəməyə verə bilərik”.

Musiqi alətləri düzəldən usta Rəşidin “Simsar” jurnalında şou-bizneslə bağlı yer alan fikirlərini olduğu kimi təqdim edirik: “Brilliant Dadaşovaya imkan verən olsa, efirə lüt çıxar. Olmaz axı, ona bütün yaş təbəqələrinin adamları baxır”.

Jurnalın “Sadə peşə” rubrikasının qonağı olan Rəşid Rəcəboğlu bu mövzudakı fikirlərini  “Şou biznes dediyiniz əslində qaraçı biznesidir”-deyərək tamamlayıb. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi