Modern.az

Azərbaycan yay vaxtına keçməyə hazırlaşır

Azərbaycan yay vaxtına keçməyə hazırlaşır

10 Mart 2011, 13:25

Mart ayının son həftəsində Azərbaycanda saatların əqrəbləri bir saat qabağa çəkiləcək və bununla da ölkə yay vaxtına keçəçək. Bu barədə Modern.az saytına Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Qeyd edək ki, Günəş enerjisindən səmərəli istifadə etmək və iqtisadiyyatın inkişafına təkan məqsədilə qış və yay vaxtlarına keçid uzun illərdir ki, dünyanın bir çox ölkələrində tətbiq olunur. Ölkəmizdə də bu məsələ ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli: “Nazirlər Kabinetinin qərarı hələki qüvvədədir. Mart ayının son həftəsində yay vaxtına keçiləçək”.

 

Qeyd edək ki, bir müddət öncə mətbuatda saatların irəli və geri çəkilməsinin ləğv olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdi. Mütəxəssislər hesab edir ki, qış və yay vaxtına geçid əhəmiyyətsizdir, bundan əlavə insan sağlamlığına da ziyanlıdır. Ölkəmizdə qış və yay vaxtına keçidlə bağlı Nazirlər Kabinetinin rəsmi mövqeyi isə hələki dəyişməyib. Sədaqət Süleymanova

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat