Modern.az

AXCP Müsavatın mitinqinə qoşulmaqdan imtina etdi

AXCP Müsavatın mitinqinə qoşulmaqdan imtina etdi

10 Mart 2011, 14:22

Fuad Qəhrəmanlı: “Bakı şəhər İcra hakimiyyəti onsuz da bu mitinqlərin keçirilməsinə razılıq verməyəcək”

 

“AXCP Müsavatın martın 12-də keçirəcəyi mitinqində iştirak etməyəcək”. Bu fikriləri Azərbaycan Xalq Cəbhəsi (AXCP) Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Modern.az saytına açıqlamasında bildirib.

“Bu mitinq Müsavat Partiyasının mitinqidir və təşkilatçılığı da məhz bu partiyaya məxsusdur. Biz yalnız İctimai Palata çərçivəsində bu prosesə həm siyasi, həm mənəvi dəstək veririk. Bu baxımdan AXCP-nin rəsmi olaraq bu mitinqlərdə iştirakı gözlənilmir”.

 

Partiya rəsmisi bildirib ki, AXCP üzvləri bu aksiyalarda iştirak edə bilərlər: “Partiya üzvləri sərbəstdir. Onlar AXCP-nin siyasi və mənəvi dəstək verdiyi aksiyalarda sərbəst olaraq iştirak edə bilərlər. Kim könüllü olaraq bu mitinqdə iştirak etmək istəyərsə, gedib iştirak edə bilər”.

 

F.Qəhrəmanlı daha sonra aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin verəcəyi qərara toxunub: ”Biz ənənədən çıxış edərək deyə bilərik ki, Bakı şəhər İcra Hakimiyyəti onsuz da bu mitinqlərin keçirilməsinə razılıq verməyəcək və artıq bu ənənə formalaşıb. Bütün hallarda əgər aksiya qərarı verilibsə, aksiyalarda kiminsə iştirak istəyi varsa, biz  buna normal yanaşırıq”. Anar Rüstəmov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat