Modern.az

Hafiz Hacıyev “ermənistanlıları” mitinqə çağırır

Hafiz Hacıyev “ermənistanlıları” mitinqə çağırır

10 Mart 2011, 14:28

Bu gün Müsair Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın sədri Hafiz Hacıyev əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı və iş adamları ilə görüş keçirib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən bildirilib. Görüşdə diktatorlara qarşı dünyanı bürümüş xalq üsyanları və bu hadisələrin artıq Azərbaycanda da reallaşması gözləntiləri müzakirə edilib. Müzakirələr zamanı məlum olub ki, ölkədə inqilaba zəmin yaradan əsas səbəblərdən ən başlıcası məmur özbaşınalığı, rüşvətin və korrupsiyanın pik həddə çatması, işsizlik, orduda anarxiya, söz azadlığının məhdudlaşdırılması, sahibkarların sıxışdırılması hökümət tərəfindən korrupsiyaya qarşı saxta mübarizənin kiçik nəvacibli dövlət məmurlarına vurduğu zərbədir.

           

Toplantıda MMP-nin mart ayının ortalarına planlaşdırdığı mitinq də müzakirə edilib. Partiya sədri H.Hacıyev mitinqin möhtəşəmliyini təmin etmək üçün Qərbi azərbaycanlılardan kömək istəyib. Son illər hakimiyyət tərəfindən sıxışdırılan narazı elektorat H.Hacıyevin bu təklifini razılıqla qarşılayıb. “Əgər verilən sözlər tutularsa? MMP-nin təşkil etdiyi mitinqin əsas özək hissəsini Qərbi azərbaycanlılar təşkil edəcək. Ehtimal etmək olar ki, həmin aksiyada Qərbi azərbaycanlıların problemlərinin həlli də tələb ediləcək”-deyə mətbuat xidmətindən bildiriblər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat