Modern.az

Deputat: “Qiymət artımına qarşı mübarizə effekt verir”

Deputat: “Qiymət artımına qarşı mübarizə effekt verir”

Təhsil

10 Mart 2011, 14:42

«Son vaxtlar hökumət tərəfindən atılan addımlar insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin davamıdır». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hakim partiyanın rəsmi saytına deyib.

M.Quliyev bildirib ki, istehlak mallarının, xüsusilə ərzaq məhsullarının qiymətinin süni şəkildə artırılmasına qarşı mübarizə effekt verməkdədir. Onun sözlərinə görə, bu məsələdə dövlət başçısı qəti mövqe nümayiş etdirib və müvafiq orqanlara tapşırıqlar verib.

«Bütün Azərbaycan cəmiyyəti dövlət başçısının bu mövqeyini dəstəkləyir. Hesab edirəm ki, hökumət tərəfindən görülən tədbirlər nəticəsində süni qiymət artımının qarşısı tamamilə alınacaq»- deyə komitə sədrinin müavini qeyd edib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?