Modern.az

Müsavatın keçirəcəyi mitinqə rəsmi icazə verilmədi

Müsavatın keçirəcəyi mitinqə rəsmi icazə verilmədi

Təhsil

10 Mart 2011, 16:12
Modern.az saytı xəbər verir ki, Müsavat Partiyasının martın 12-də keçirəcəyi mitinqlə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti bir neçə dəqiqə bundan öncə rəsmi cavab verib. Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının saytımıza bildirib:
”Bakı şəhər İcra Hakimiyyəti növbəti dəfə sərbəst toplaşmaq azadlığa haqda qanunu pozaraq bizim müraciət etdiyimiz yerdə kütləvi aksiya keçirməyə razılıq verməyib. Bakı şəhər İH həmin ərazidə nəqliyyatın intensiv işlədiyi üçün mitinqin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini əsas gətirərək kütləvi aksiyaların keçirilməyinə razılıq verməyib”      
A.Hacılı icazə verilməsinə baxmayaraq partiyanın mitinqi davam etdirəcəyini bildirib: “Biz yəqin ki, şəhərin mərkəzi meydanlarının birində mitinqi keçirəcəyik”.
Xatırladaq ki, Müsavat Partiyası  kütləvi aksiyaları "Təbriz" kinoteatrının qarşısında keçirməyi planlaşdırmışdı.  
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?