Modern.az

Fəzail Ağamalıdan Hafiz Hacıyevə etiraz: “Qərbi azərbaycanlılar onu lider kimi qəbul etmir”

Fəzail Ağamalıdan Hafiz Hacıyevə etiraz: “Qərbi azərbaycanlılar onu lider kimi qəbul etmir”

Təhsil

10 Mart 2011, 17:31

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Modern.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Qərbi azərbaycanlıları mitinqə çağırması ilə bağlı çıxışını şərh edərkən Qərbi azərbaycanlılar onu lider kimi qəbul etməyib” deyib. Onun sözlərinə görə, H.Hacıyev yalnız rəhbərlik etdiyi partiyanın üzvlərini keçirəcəyi hər hansı mitinqə çağıra bilər:
“Hafiz Hacıyev Müasir Müsavat Partiyasının sədridir. O, ancaq öz partiyasının üzvlərini keçirəcəyi mitinqlərə çağıra bilər. Hafiz Hacıyevi Qərbi azərbaycanlılar lider kimi qəbul etməyib.  Onun belə bir çağırış etmək üçün səlahiyyəti və statusu yoxdur”.

AVP sədri Hafiz Hacıyevə öz tövsiyyəsini verib: “Ona görə mən ona tövsiyyə edə bilərəm ki, Qərbi azərbaycanlılar kimi geniş anlayışdan istifadə etməkdə ehtiyatlı olsun. O, yalnız rəhbərlik etdiyi partiyanın xətti ilə bu aksiyanı keçirə bilər. Qərbi azərbaycanlılar Hafiz Hacıyevə və kimsəyə belə bir səlahiyyət verməyib. Bütün Azərbaycan vətəndaşları kimi Qərbi azərbaycanlıların da tanıdığı, qəbul etdiyi lider, ölkə prezidenti İlham Əliyevdir. Kimsə bu cür səlahiyyətləri mənimsəməyə cəhd eləməsin”.  


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?