Modern.az

Azər Qaraçənli "Azadlıq kitabı"nı yazdı

Azər Qaraçənli "Azadlıq kitabı"nı yazdı

Media

10 Mart 2011, 17:52
Jurnalist Azər Qaraçənli elektron kitab buraxıb. Müəllif  "Azadlıq kitabı" adlanan yeni kitabında 2007-2010-cu illərdə azadlıq hüququ, azadlıq mübarizəsi, azadlıq təcrübəsi və azadlıq hissi haqqında yazdığı yazıları dörd bölmədə (“Azadlıq təklifləri”, “Azadlıq nitqləri”, “Azadlıq hekayələri”, “Azadlıq duyğuları”) təqdim edib.

Bölmələrin hamısı bu kitaba qədər ayrı-ayrı yazılar kimi işıq üzü görüb. “Azadlıq təklifləri” 2007-ci il avqustun 21-də “Azadlıq üçün təkliflər” adlı məqalə kimi, “Media forum” saytında dərc olunub. “Azadlıq nitqləri”ndəki esselər 2009-cu ilin noyabr-dekabr aylarında “Media forum”da işıq üzü görüb, 2010-cu ilin may ayında isə “Azadlıq nitqləri” adlı kitabda esselər toplusu kimi çapdan çıxıb. “Azadlıq hekayələri”ndəki üç hekayət 2010-cu ilin yanvarında, “Azadlıq duyğuları” isə 2010-cu ilin oktyabrında “Media forum”da yerləşdirilib. “Azadlıq kitabı”nı Azər Qaraçənli virtual məkanda pulsuz yayır.  

Azər Qaraçənli 1973-cü ildə Bakıda doğulub. 1995-ci ildə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1993-cü ilin sonlarından jurnalistika sahəsində çalışır. “Azadlıq” (1993-1995, 1998), “Yeni Müsavat” (1998-2000), “Avropa” (2000-2003) qəzetlərində işləyib. 2004-cü ildən “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsi olan “Media forum” xəbər saytının baş redaktorudur. 


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir