Modern.az

Arif Hacılı: “Müsavat mitinq keçirəcəyi yeri bu gün axşam açıqlayacaq”

Arif Hacılı: “Müsavat mitinq keçirəcəyi yeri bu gün axşam açıqlayacaq”

Təhsil

11 Mart 2011, 11:35

Müsavat partiyasının martın 12-nə təyin etdiyi miitnqin keçiriləcəyi yer bu gün axşam elan ediləcək. Bu barədə Modern.az-a Misavatın İcra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

“Sabahkı mitinqin keçiriləcəyi yerlə bağlı saat 16-da  məlumat açıqlanacaq. Biz aksiyanı keçirməkdə qərarlıyıq”-deyən A.Hacılı bildirib ki, hazırda etiraz aksiyasının keçirilməsinə hazırlıq işləri davam edir.

 

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavat partiyasına Bibheybət stadionunda mitinq keçirməyə icazə versə də, partiya bundan imtina edib.  Onlar aksiyanın şəhərin mərkəzində keçirmək niyyətini açıqlayıblar. 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?