“Böyük Xalq Günü”nü ilə bağlı 28 may metrosunda yoxlamalar başlanıb
Metronun «28 May» stansiyasının qarşısında toplaşmaq istəyənləri polis saxlayır. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Radionun hadisə yerində olan əməkdaşları artıq üç nəfərin saxlandığını bildiriblər. Onlardan ikisinin adını öyrənmək olmayıb. Saxlanılanlardan birinin adı isə Camal Mirzəməmmədovdur. O, Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, Səbail rayon İcra Hakimiyyətində işlədiyini deyib. Metrostansiyasının qarşısındasa görüş təyin etdiyini bildirib. Həmin ərazidə Çevik Polis Alayının əməkdaşları, mülki geyimlilər gəlib-gedənlərə nəzarət edir, burda dayananların, xüsusən də gənclərin kimliyi ilə maraqlanırlar, sənədlərini istəyirlər. Metrostansiya qarşısında Post Patrul Xidmətinin çoxsaylı avtomobilləri də toplaşıb.
Modern.az