Modern.az

İdmançımız dünya çempionatının gümüş medalını qazanıb - FOTO

İdmançımız dünya çempionatının gümüş medalını qazanıb - FOTO

14 Dekabr 2016, 23:35

İndoneziyanın Bali adasında pencak-silat döyüş növü üzrə 17-ci dünya çempionatına yekun vurulub. Modern.az saytı xəbər verir ki, yarışda 41 ölkədən 700 idmançı mübarizə aparıb. Mundialda Sərhədçi Olimpiya İdman Mərkəzinin idmancısı, Azərbaycan millisinin üzvü Elxan Cəfərov gümüş medal qazanıb. Yarışda 55-60 kiloqram çəki dərəcəsində mübarizə aparan döyüşçümüz finaladək inamla irəliləyib. Həlledici görüşdə yerli idmançıya məğlub olan E.Cəfərov dünya çempionatını ikinci pillədə başa vurub.

Balidəki Lila Buana Arenada təşkil olunan yarışda idmançımız milli komandanın baş məşqçisi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır