Modern.az

YAP-çı deputat “Azərbaycanın müstəqilliyini sevən insanlar dağıdıcı qüvvələrlə birlikdə olmayacaq”

YAP-çı deputat “Azərbaycanın müstəqilliyini sevən insanlar dağıdıcı qüvvələrlə birlikdə olmayacaq”

Təhsil

11 Mart 2011, 14:06

Hakim Yeni Azərbaycan Partiyasının deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov sabah Müsavat Partiyasının keçirəcəyi mitinqlə bağlı Modern.az saytına münasibət bildirib.

Deputat qeyd edib ki, Azərbaycanı və onun müstəqilliyini sevən insanlar heç vaxt dağıdıcı qüvvələrlə birlikdə olmayacaqlar.

Millət vəkili qeyd edib ki, müxalif qüvvələr insanların qarşısına çıxaraq nə danışacaqlarını özləri belə bilmirlər: “Mənim üçün maraqlıdır ki, onlar mitinqdə çıxıb nə danışcaqlar? Əvvəllər korrupsiyadan danışırdılar, indi də dövlət tərəfindən korrusiyaya qarşı ciddi mübarzirə aparırlar.

Azərbaycanda etiraz aksiyası keçirmək üçün heç bir əsas yoxdur”. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?