Modern.az

Paytaxtda avtomobillərin sürət həddi ENDİRİLDİ

Paytaxtda avtomobillərin sürət həddi ENDİRİLDİ

Aktual

15 Dekabr 2016, 09:45

Paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat qədər endirilib.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, axşama doğru yollarda buzlaşma olarsa, sürət həddi daha 20 km/saat qədər endirilə bilər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 15-də və 16-da havanın temperaturunun əvvəlki günlərlə müqayisədə bir neçə dərəcə enəcəyi, yolların buz bağlayacağı barədə xəbərdarlıq etmişdi.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir