“Facebook” sosial şəbəkəsində 11 mart tarixini “Böyük Xalq Günü” elan etmiş gənclər bununla bağlı prosesləri idarə etməyi üzərlərinə götürüblər. Modern.az bu gənclərin kimliyini araşdırıb. Məlum olub ki, 4 gənc Avropanın ayrı-ayrı ölkələrində yaşayır.
Elnur Məcidli Niderland Krallığında Amsterdam Unversitetində politologiya üzrə təhsil alır və orada yaşayır. Rus, türk, ingilis, alman dilini bilir. Əslən Qəbələ rayonundandır.
OAzərbaycanın paytaxtı Bakı şəhərində ziyalı ailəsində anadan olub. Sumqayıt Özəl Türk Liseyindən məzun olan E.Məcidli, Türkiyə və Fransada hüquq üzrə ali təhsil alıb. Professional jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri olaraq başlayan Elnur Məcidli, "Lider" televiziyası, "Assa-İrada" Xəbər Agentliyi və "Trend" İnformasiya Agentliyinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib. “Azərbaycan”, “Ayna”, “Xalq”, “AzerNews” və s. qəzetlərdə müxtəlif yazı və məqalələri yayınlanıb. Medianın inkişafı ilə bağlı keçirilən beynəlxalq treyninq-konfransların və sertifikat proqramlarının iştirakçısıdır. Hazırda BBC, AFP, İHA, ZDF kimi media orqanlarıyla əməkdaşlıq edən Elnur Məcidli, eyni zamanda Avropa Şurasında akreditasiyalı jurnalistdir.
2005-ci il parlament seçkilərində Bərdədən deputatlığa namizəd olub.
Digər təşkilatçı Araz Önər Bakı şəhərində anadan olub. Hazırda Hollandiyada yaşayır. İngilis, rus, türk dillərini bilir. Araz Önər dini baxışlarına görə ateistidr. Solçudur. Marksisdir.
Məcid Mərcanlı AXCP Gənclər təşkilatının üzvüdür. Türkiyədə İstanbulun Fatih Unversitetində siyasət bilimi fakultəsində oxuyur. Əslən Cəbrayıl rayonunudandır. 1990-cı il noyabrın 21-də doğulub.
Həbib Müntəzir Almaniyada, Berlində yaşayır. Bakı Qərb Unversitetini bitirib. Rus, alman, türk dillərini bilir. 1983-cü ildə doğulub. Modern.az