Modern.az

Bakıda kişi küçədə arvadını öldürdü, sonra özünü BIÇAQLADI

Bakıda kişi küçədə arvadını öldürdü, sonra özünü BIÇAQLADI

15 Dekabr 2016, 10:06

Bakıda qətl törədilib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdü Ramiz Zöhrab oğlu İbrahimov yaşadığı binanın qarşısında arvadı, 1956-cı il təvəllüdlü Səmayə Süleyman qızı Camalovanı bıçaqlayaraq öldürüb. R. İbrahimov qətli törədəndən sonra intihar məqsədilə özünü bıçaqlayıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Qətlin motivi hələlik məlum deyil.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir