Modern.az

Roqozin “İsgəndər” raketlərinə görə Bakıya gəlir

Roqozin “İsgəndər” raketlərinə görə Bakıya gəlir

Aktual

15 Dekabr 2016, 10:12

Rusiya baş nazirinin müavini Dmitri Roqozin dekbarın 16-da Azərbaycana səfər edəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səfər zamanı Roqozin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və parlamentlərarası komissiyanın iclasında iştirak edəcək.

“Səfər zamanı Roqozin Azərbaycan prezidenti ilə görüşdə Ermənistana taktiki-operativ “İsgəndər” raketlərinin satılmasına görə izahat verəcək. Çünki Azərbaycan tərəfi bu məsələyə çox neqativ reaksiya veriblər”,-deyə Roqozinin səfərilə bağlı bildirilib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür