Modern.az

Turkustan.info portalı 1 yaşını qeyd edir

Turkustan.info portalı 1 yaşını qeyd edir

15 Dekabr 2016, 10:18

Bu gün Turkustan.info xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür. Bununla bağlı Modern.az-a açıqlama verən Turkustan.info saytının rəhbəri Aqil Camal bildirib ki, informasiya daşıyıcılarının indiki bolluğunda qısa zamanda ciddi media resursu kimi tanınmaq üçün gecə-gündüz çalışıblar:

“Deyə bilərəm ki, Turkustan.info adının tanıdılması və qəbul edilməsi üçün bir il bizə yetərli oldu. Birincisi ona görə ki, saytımızın adı bizdən əvvəl də tarixən mövcud olub, sevilən bir isimdir. İkincisi, 11 ildir ki, bu adda qəzet çıxarırıq. Və ölkədə, dünyada bizi tanıyanlar “Türküstan”ı bizə görə, bizi də “Türküstan”a görə tanıyırlar. Ona görə də, sayt kollektivinin qarşısında duran başlıca vəzifə artıq tanınmış bir brendi doğrultmaq, ciddi, operativ xəbər siyasəti həyata keçirmək olub. Bir ilin tamamında əminliklə deyə bilərəm ki, mövcud imkanlarımız çərçivəsində istəklərimizə nail olmuşuq”.

A.Camal bildirib ki, bu gün ictimai-siyasi təşkilatlar, dövlət qurumları, diplomatik korpus və cəmiyyətin bütün təbəqələri ilə sıx əməkdaşıq içərisində fəaliyyət göstərirlər. Saytın rəhbəri yeni ildə Turkustan.info-da bir sıra yenilik olacağını da qeyd edib:

“Biz saytın fəaliyyətində kütləvi oxucunun da maraqlarını nəzərə alırıq. Və bəzən, bizdən gözlənilməyən, media qurumu olaraq ideoloji cizgimizlə o qədər də uyuşmayan xəbərlərə də yer verməkdəyik. Buna görə hətta dostlardan umu-küsü də eşidirik ki, filan xəbəri Turkustan.info-ya yaraşdırmadıq... Bu fürsətdən yararlanıb təəssübümüzü çəkən, bizim üçün narahat olan dostlarımıza təşəkkürümü çatdırıram. Onları əmin etmək istəyirəm ki, Turkustan.info-nın başlıca məqsədi adına layiq milli xəbər siyasəti həyata keçirmək, ölkədə ciddi və maarifləndirici medianın formalaşmasında yaxından iştirak etməkdir. Yeni dönəmdə daha geniş oxucu kütləsinə xitab etmək üçün nəzərdə tutduğumuz bir sıra layihələrimizdə, Güney Azərbaycan və Türk dünyası ilə bağlı xəbərlərə daha çox yer verəcəyik”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI