Modern.az

FHN neftçilərin axtarışına 2 gəmi göndərdi

FHN neftçilərin axtarışına 2 gəmi göndərdi

Aktual

15 Dekabr 2016, 11:32

Xəzər dənizində itkin düşən neftçilərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 “Vixr” gəmisi cəlb olunub.

 

Bu barədə Modern.az-a  FHN-nin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, artıq neftçilərin axtarışı üçün xilasedici dəstələr yola salınıb.

Bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.


İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar