Modern.az

Məşhur rusiyalı blogger Azərbaycanın sorğusu ilə tutuldu

Məşhur rusiyalı blogger Azərbaycanın sorğusu ilə tutuldu

Aktual

15 Dekabr 2016, 11:35

Məşhur rusiyalı blogger Aleksandr Lapşin Belarusda saxlanılıb. Modern.az xəbər verir ki, Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılaraq Minskin Pervomaysk rayonundakı bölməyə aparılıb.

Məlumata görə, blogger 2010-2011-ci illərdə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarını qanunsuz ziyarət edib və buna görə Azərbaycan XİN-nin “qara siyahı”sına düşüb. Lakin 2016-cı ilin yayında Lapşin Rusiya pasportunu Ukrayna pasportu ilə əvəzləyərək Gürcüstandan Azərbaycana qatarla gəlib. Formula- 1 yarışlarını da izləyən rusiyalı “arzuolunmaz şəxs” daha sonra ölkəni tərk edib.

 

Faktla bağlı əlavə məlumat verilmir.

 

Vüqar İSMAYILOV       

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür