Modern.az

Azərbaycanda dələduzluq edən İraq vətəndaşı TUTULDU

 Azərbaycanda dələduzluq edən İraq vətəndaşı TUTULDU

15 Dekabr 2016, 11:54

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçiril­miş tədbirlər za­ma­nı İraq və­tən­da­şı Ahmad Abdulhaq İsmael saxlanılıb.

 

Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı A.İsmaelin İraq vətən­daş­la­­rının təhsil adı altında xarici ölkərə göndərilmələrini təşkil etdiyi məlum ol­ub. Belə ki, o, İraqın Kərkük şəhərində fəaliyyət gös­tərən “Karkuk Center for Education Services” şirkətinə rəhbərlik etdiyi dövr ərzində İraq vətəndaşlarının təhsil məqsədilə İordaniya, Rusiya, Uk­ray­na, Malaziya, Hindistan kimi ölkələrə göndərilmələrini təşkil edib.

 

2016-cı ildən baş­layaraq A.İsmael öz həmvətənlərini al­da­daraq Azərbaycana göndərilməsini təşkil etməyə başla­yıb. O, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssi­sə­lə­rin­d­ə təhsil al­­maq adı altında 30 nəfər İraq vətəndaşının müəyyən məbləğdə ödəniş qar­­şı­lı­ğın­da Azərbaycana gətirilməsini təşkil edib və on­ları müxtəlif ün­vanlarda yerləş­dirib. Lakin həmin əc­nə­bi­lə­rin burada ali təhsil müəs­səsilərinə qəbul edilmələri üçün zəruri prosedurları ye­ri­nə ye­tirməyib və həmvətənlərindən dələduzluq yolu ilə aldığı külli miqdarda vəsaiti mənim­səyib.

 

Aşkar edilmiş faklarla bağlı A.İsmaelin müvafiq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.

 

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər da­vam etdirilir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir