Modern.az

Mirmahmud Mirəlioğlu: “Müsavat mitinq keçirməməli idi”

Mirmahmud Mirəlioğlu: “Müsavat mitinq keçirməməli idi”

Təhsil

11 Mart 2011, 14:58

KXCP Müsavatın keçirəcəyi mitinqə qatılmayacaq

 

 

Klassik Xalq Cəbhəsi Patiyasının sədri Mirmahmud Mirəlioğlu Modern.az saytına açıqlamasında bildirib ki, rəhbərlik etdiyi siyasi təşkilat Müsavat partiyasının sabah keçirəcəyi kütləvi aksiyalarda iştirak etməyəcək.

  

“Bizim bu mitinqlərdə iştirak etmək haqda qərarımız yoxdur. Biz sadəcə Müsavat partiyasına bu işdə həm mənəvi, həm də siyasi dəstək verəcəyik”.

 

 

Keçiriləcək mitinqlə bağlı İctimai Palatada xüsusi qərar qəbul olunduğunu deyən M.Mirəlioğlu qeyd edib ki, Müsavat partiyası nəzərdə tutulan mitinqləri özü tək keçirmək istəyib. “Müsavat partiyası istəyir ki, kütləvi aksiyaları tək keçirsin, biz sadəcə onlara mənəvi və siyasi dəstək verək. Biz də bu baxımdan onlara dəstək olacağıq”.

 

 

KXCP sədri əlavə edib ki, İctimai Palatanın qəbul etdiyi qərara əsasən, martın 20-ədək Azərbaycan hökumətinə vaxt verilməli və bu müddətdə kütləvi aksiyalar keçirilməməli idi.

 

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?