Azərbaycan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Əvəz Həsənov, Səadət Bənənyarlı və beynəlxalq təşkilatların nümayəndəsləri gənclərin bugünkü aksiyasının monitorinqini aparıblar.
Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a bildirib. Onun sözlərinə görə Daxili İşlər Naziriliyi ilə əlaqə saxlayaraq tutulan gənclərin buraxılmasını xahiş ediblər. “Artıq Nəsimi rayon Polis İdarəsində saxlanılan gənclərin hamısı buraxılıb. 18 saylı Nərimanov və 37 saylı Xətai Polis bölmələrində saxlanılanlar da bu gün azad ediləcək. Axşama qədər bütün həbs edilənələr buraxılacaqlar”.
Adıçəkilən hüquq müdafiəçilərinin daxil olduğu “İnsan haqları təşkilatlarının monitorinq qrupu”nun “Böyük Xalq Günü” ilə bağlı gənclərin aksiyaları ilə bağlı bəyanatı yayılıb. Modern.az-a daxil olan bəyanatda gənclərin 11 mart tarixində heç bir qanunsuz hərəkət etmədikləri halda həbs olunmalarına qarşı etiraz bildirilir. Monitorinq qrupu eyni zamanda Norvec İnsan Haqları Evinin Azərbaycan hakimiyyəti tərəfindən bağlanmasına da öz münasibətlərini açıqlayaraq bunu pisləyib.