Modern.az

"“Dəmir günbəz” İsgəndər raketlərini məhv edə bilər” 

"“Dəmir günbəz” İsgəndər raketlərini məhv edə bilər” 

Hadisə

17 Dekabr 2016, 16:11

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə juranlistlərə geniş açıqlama verən nazir Yavər Camalov Azərbaycanın İsraildən ən müasir hava hücumundan müdafiə sistemi sayılan “Dəmir günbəz” sistemini alacaqlarını, həmçinin yaxın vaxtlarda ölkədə kamikadze tipli pilotsuz uçuş aparatlarının istehsalına başlanılacağını bildirmişdi. Bu addımlar Ermənistanın regionda güc balansına tarazlamaq cəhdlərinə cavab kimi qiymətləndirilir.   

 

Məsələ ilə bağlı Modern.az saytı  ekspertlərin fikirlərini öyrənib.

 

Hərbi ekspert Üzeyir Cəfərli aprel hadisələri zamanı Azərbaycanın İsrail istehsalı olan pilotsuz aparatlardan istifadə etdiyini deyib.

 

 

“Bu da Azərbaycanın təbii haqqıdır. Bu gün də müdafiə sənayesi naziri bir çox mühüm açıqlamalar verib. Bunlardan biri də Azərbaycanın digər ölkələrə silah satışı ilə bağlıdır. ABŞ-a da silah satılacaq. Bu o demək deyil ki, Azərbaycan ABŞ-a hansısa ağır silahlar satacaq. ABŞ-ın Azərbaycandan alıb öz müttəfiqlərinə verəcəyi kiçik və orta kalibrli silahlardan söhbət gedir. Bununla əlaqədar bəzi bizi istəməyən qüvvələr Azərbaycanı lağa qoyurlar”.

 

Hərbi ekspert həmçinin bildirib ki, bununla yanaşı Azərbaycan  İsraildən  “Dəmir Günbəz” və bir çox mühüm  silahlar alacaq.

 

Onlar Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları ilə birgə silahlar istehsal edəcəklər. Kimin nə deməsindən asılı olmayaraq bu Azərbaycanın haqqıdır. Mən hesab edirəm ki, Müdafiə Sənayesi Nazirliyi əldə etdiyi uğurları israilli, pakistanlı və Türkiyədən olan dostlarla genişləndirməlidir”.

 

 

Üzeyir Cəfərli Azərbaycanın silahlanmağa görə, Ermənistandan qat-qat öndə olduğunu deyib.

 

“Bizdə olan silahlar 3-4-cü nəsil silahlardır. Ermənistan ordusunda isə 2-ci və bəzən də 3-cü nəsil silahlardır. Bu disbalansiyadır. Bizdə olan silahlar Ermənistan ordusunun silahlarını qat-qat üstələyir. Bu müqayisə olunmayan dərəcədədir. Hətta 2017-ci ilin büdcəsində də ordumuzun gücünü artırmaq üçün əlavə pul ayrıldı”.

 

Onun sözlərinə görə, İsrailin istehsal etdiyi silahlar çox sahəlidir.

 

“Kim deyir ki, “Dəmir Günbəzin” İskəndəri aşkar etmək imkanı yoxdur, çox böyük səhv edir. Hər halda bu məsələ zamanı Azərbaycan tərəfi bilir ki, kimdən nə almaq lazımdır. “Dəmir Günbəz” Azərbaycanın etibarlı müdafiəsini təmin etmək gücündədir”.

 

Digər hərbi ekspert, ehtiyatda olan general-leytenant  Yaşar Aydəmirov “Dəmir Günbəz”in çox mükəmməl hava hücumundan müdafiə  sistemi olduğunu qeyd edib.

 

“Bunu hətta İskəndəri məhv etmə qabiliyyəti də var. Bizim bir çox raket sistemlərimiz var. Azərbaycan ordusunun yaxın, orta, uzaq mənzilli hava hücumundan müdafiə sistemlərimiz var. Bizdə elə sistemlər varki, Ermənistan ordusu ön xəttə çıxan kimi xəbərimiz olur”.

 

Hərbi ekspert Azərbaycanın bölgədə ən güclü dövlət olduğunu vurğulayıb.

 

“Ordumuzun gücünə gəldikdə isə bunu Ermənistan ordusu ilə müqayisə etmək olmaz. Ermənilər heç bir zaman Azərbaycan ərazisinə heç bir zərbə endirə bilməzlər”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir