Modern.az

İki fəhlə uçqun altında qalaraq ölüb

İki fəhlə uçqun altında qalaraq ölüb

Aktual

17 Dekabr 2016, 20:02

Abşeronda bədbəxt hadisə baş verib. Modern.az saytı xəbər verir ki, Xırdalanda dəyirmanın hasarının uçması nəticəsində iki fəhlə uçqun altında qalıb. Hər iki fəhlə aldıqları xəsarətdən dünyasını dəyişib.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, "Arient" MMC-yə məxsus dəyirmanın hasarı aşıb. Nəticədə 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!