Modern.az

"Terrorla mübarizədə Türkiyə Silahlı Qüvvələrinin yanındayıq" - Nazir

"Terrorla mübarizədə Türkiyə Silahlı Qüvvələrinin yanındayıq" - Nazir

Aktual

17 Dekabr 2016, 20:42

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı türkiyəli həmkarı Fikri İşıka və həmin ölkənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Modern.az saytı  nazirliyə istinadən xəbər verir ki, başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Kayseri şəhərində baş vermiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!