Modern.az

Diferensial tarifin hesablanması belə aparılır - Video

Diferensial tarifin hesablanması belə aparılır - Video

17 Dekabr 2016, 22:12

Bir çox sayğacların göstəriciləri həm noyabr, həm dekabr ayına aid olduğundan insanlarda tarifin hesablanması çaşqınlıq yaradır. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, “Azərişıq” diferensial tarifin hesablanma qaydasını bildiriş çekinin üzərində izah edib. Əvvəlcə çekdə son göstərici tarixi 13 dekabrdan əvvəlki göstərici 10 noyabr tarixi çıxılır. Deməli, çekdə 33 günlük sərfiyyat hesablanıb. Daha sonra son göstərici sərfiyyatı 1000 kilovatdan əvvəlki 564 kilovat çıxılır.

 

Deməli, abonent 33 gündə 436 kilovat sərfiiyyat edib.

 

Bu göstəricinin 250 kilovatdan çox olması insanları çaşdırmamalıdır.

 

2 period arasındakı enerji sərfiyyatı gün sayına bölünərək 1 günlük sərfiyyat tapılır. Bildirişdə 1 günlük sərfiyyat 13,21 kilovatdır.

 

Bu nümunəyə əsasən sərfiyyatın hesablanması bu cür aparılır. Bildiriş dekabrın 13 gününü əhatə etdiyindən 13 gün vurulsun 13,21 kilovat, yəni günlük sərfiyyat. Bərabərdir 171,75 kilovat. Bu göstərici 250 kilovat limitdən az olduğundan 7 qəpiklə hesablanır.

 

Yəni abonent dekabrda limiti aşmayıb və onun ümumi ödənişi 436 kilovatsaat vurulsun 7 qəpik bərabərdir 30,52 AZN-dir. Abonentin qalıq borcu da varsa bunun üzərinə gəlinir.

 

Başqa bir nümunəyə nəzər salaq. Burada abonentin son göstərici tarixi 12 dekabrdan əvvəlki göstərici tarixi 9 noyabr çıxılır. Yəni bildiriş 33 günü əhatə edir.

 

İki period arasındakı enerji sərfiyyatı hesablanır. Son göstərici sərfiyyatından əvvəlki göstərici sərfiyyatı çıxılır.

 

Alınan 1638 kilovat sərfiyyat 33 günə bölünür və 1 günə 49,6363 kilovatsaat enerji sərf edildiyi məlum olur.

 

Abonentin dekabr ayındakı sərfiyyatı hesablanır. Yəni dekabrda 12 gün boyunca 595,6356 kilovat enerji sərf olunub. Bu da aylıq limitdən çoxdur.

 

Deməli abonent dekabr ayında limitdən 345,6323 kilovat artıq enerji, başqa sözlə, 345,6323 vurulsun 11 qəpik bərabərdir 38manat 2 qəpik sərf edib.

 

Abonentin ümumi borcu isə belə hesablanır. Noyabr ayında 1042,3623 kilovat üstəgəl dekabr ayındakı 250 kilovat limit vurulsun 7 qəpik bərabərdir 90 manat 47 qəpik. Abonentin 37 manat 89 qəpik də borcu olduğu nəzərə alınsa, ümumi borc belə olur: 90 manat 47 qəpik, üstəgəl 38 manat 2 qəpik, üstəgəl 37 manat 89 qəpik qalıq borc bərabərdir 166 manat 38 qəpik.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?