Modern.az

Bakıda transformatorda yanan sevgililər evləndi

Bakıda transformatorda yanan sevgililər evləndi

17 Dekabr 2016, 22:26

Ötən ilin oktyabrında Bakıda yüksək cərəyanlı transformatorun içinə girən və orada ağır yanıq xəsarəti alan sevgililərin bu gün toyu olub. Modern.az saytı xəbər verir ki, axşam.az-ın məlumatına görə, 21 yaşlı Fəqan Fərzəliyev və Pərvin adlı gənc qız məktəb illərindən bir-birlərini sevirlər. Keçən il hadisə baş verdikdən sonra tərəflərin qohumları arasında mübahisələr yaransa da, bu gün sevgililər paytaxtın şadlıq evlərindən birində ailə qurublar.

 

Xatırladaq ki, sevgililər Nəsimi rayonun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olmuşdular.

 

Elektrik cərəyanın vurması nəticəsində onlar bir müddət reanimasiyada yatıblar. F.Fərzəliyevin bir qolu amputasiya edilmişdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?