Modern.az

Qarnı şişən 12 yaşlı qız ... - Video

Qarnı şişən 12 yaşlı qız ... - Video

17 Dekabr 2016, 22:54

Uşaqlarının günü-gündən arıqladığını və qarnının şişdiyini görən valideynləri onu həkimə aparıblar. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, 12 yaşlı qızın xərçəng xəstəliyinə tutulması ehtimalı ana-atasını qorxuya salmışdı. Həkim müayinəsindən sonra, onlar eşitdiklərinə inana bilməyiblər.

 

Məlum olub ki, qız "Trikofaji" adlı saç yemək xəstəliyindən əziyyət çəkir. Saç mədəni bötüvlükdə tutduğundan o yemək yeyərkən qaytarır. Qızlarının illərdir saç yediyindən xəbər tutan valideynləri həkim məsləhəti ilə onu əməliyyat etdiriblər.

 

Beləliklə də, qızın mədəsindən 1 kq-a yaxın ağırlığı olan tük topası çıxarılıb.

 

Həkim Toğrul Ömərovun sözlərinə görə, qızın çəkisi normaya düşəcək. Sadəcə belə insanlara əməliyyatdan sonra psixaloji yardım tələb olunur. Psixoloqun köməkliyi ilə onların bu vərdişlərindən azad olunmaları mümkündür.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır