Modern.az

Moskvada iki təyyarə toqquşub

Moskvada iki təyyarə toqquşub

17 Dekabr 2016, 23:55

Moskvanın "Şeremetyevo" Beynəlxalq Hava Limanında iki "A321" tipli aerobus qanad-qanada toqquşub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, təyyarələrin göyərtəsində sərnişin və heyət üzvləri olmayıb.

Məlumata görə, hər iki təyyarə "Aeroflot" aviaşirkətinə məxsus olub.

"Şeremetyevo"nun mətbuat xidmətinin məlumatına görə, toqquşma təyyarələrdən birinin yedəyə alınması zamanı baş verib. Həmin zaman digər təyyarə perronda olub. Hazırda hava limanı daxilində toqquşmanın səbəbləri araşdırılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi