Modern.az

Prezidentin fərmanı ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işi təkmilləşdiriləcək

Prezidentin fərmanı ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işi təkmilləşdiriləcək

Təhsil

11 Mart 2011, 22:58

Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər haqqında fərman imzalayıb. (AzərTAc) Fərmana əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılıb. Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin və xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması məsələsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll etmək, qurumun fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır