Modern.az

İctimai iaşə dövriyyəsi artıb

İctimai iaşə dövriyyəsi artıb

18 Dekabr 2016, 00:53

Bu ilin yanvar-noyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,6 faiz artaraq 1045,0 milyon manata çatıb. Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq 440,0 milyon manat olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub