Modern.az

Təhsil müəssisələrinin qeydiyyat proseduru dəyişib

Təhsil müəssisələrinin qeydiyyat proseduru dəyişib

18 Dekabr 2016, 10:16

Azərbaycanda təhsil müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcəkləri üçün Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayacaq.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Elektron xidmət növlərinin  Siyahısı”nda dəyişiklik edib.

 

Dəyişikliyə əsasən Ədliyyə Nazirliyinin elektron qaydada təqdim etdiyi xidmətlər sırasından təhsil müəssisələrinin qeydiyyatı proseduru, adları, eləcə də qeydiyyata alınıb-alınmaması barədə məlumatın verilməsi, təhsil müəssisələri üçün fərdi e-pəncərə, təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsinə dair elektron xidmətlər çıxarılıb.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli fərmanına əsasən publik hüquqi şəxs Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi