Modern.az

İTV ekranında yeni film - “QARABAĞNAMƏ”

İTV ekranında yeni film - “QARABAĞNAMƏ”

Aktual

19 Dekabr 2016, 16:04

Ötən şənbə günü - dekabrın 17-də, saat 21:30-da İTV-nin “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Qarabağnamə”  çoxseriyalı bədii-sənədli televiziya filminin ilk seriyası tamaşaçılara təqdim olundu.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, film Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 sentyabr 2011 tarixli “Azərbaycan Respublikasında milli televiziya filmlərinin  istehsalına maliyyə yardımının göstərilməsi” haqqında  sərəncamına əsasən istehsal edilib.

Ekran əsəri tarixi epopeyalar olan “Qarabağnamələr”in motivləri əsasında lentə alınıb.

Baş rollarıı respublikamızın tanınmış kino və teatr  aktyorları ifa edir.

Filmin ssenari müəllifləri Rafiq Səməndər və Elman Qədirlidir.

Ekran əsərinin quruluşçu rejissorları Vasif  Məmmədzadə, Cavid Təvəkkül və Bəhram Osmanovdur. Quruluşçu operator Emin Rəhimov, quruluşçu rəssam Əziz Məmmədov, montaj rejissoru Elşad Rasimoğludur.

Filmin Baş Prodüsseri  Rauf  Rəcəbov, redaktoru Eldar  İskəndərzadədir.

Ekran əsərinin əsas epizodları  C. Cabbarlı adına  “Azərbaycanfilm” Kinostudiyasının   böyük  pavilyonunda çəkilib. Natura çəkilişləri isə Quba və Qusar  rayonlarında aparılıb.

Film bütövlükdə Qarabağın tarixinə həsr olunub.

“Pənahəli xan” adlanan birinci hissədə Pənahəli xanın  Şah Abbasın əsarətindən qurtulub Qarabağa gəlməsi, Qarabağ xanlığını yaratması, Bayat qalasını, Pənahabadı necə tikib qurması təsvir olunub. Kəskin müharibələr, döyüşlər, saraydaxili çəkişmələr həm salnaməçi – nağılçı obrazının dili ilə, həm də bədii səhnələrlə nümayiş etdirilir.

Növbəti seriya tezliklə efirdə nümayiş olunacaq.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı