Modern.az

İşğal olunmuş ərazilərimizdəki vəziyyət Nyu-Yorkda müzakirə olunub

İşğal olunmuş ərazilərimizdəki vəziyyət Nyu-Yorkda müzakirə olunub

5 Noyabr 2009, 12:48

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanındaki Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 2-də BMT-nin Nyu-Yorkdakı qərargahında ölkəmizin işğal olunmuş ərazilərindəki vəziyyətə dair "dəyirmi masa" keçirib. Modern.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən bildirir ki, müzakirələrdə 50-yə qədər BMT üzvü olan dövlətlərin nümayəndəsi, BMT Katibliyi və onun ixtisaslaşmış qurumlarının təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev dəyirmi masa iştirakçılarını məsələnin tarixi və hüquqi aspektləri barədə məlumatlandırıb. Azərbaycan Respublikasının hüquq məsləhətçisi, tanınmış beynəlxalq hüquqşünas professor Malkom Şou məsələ üzrə mövcud hüquqi vəziyyət üzrə məruzə ilə çıxış edib. BMT-yə üzv dövlətlərin nümayəndələri münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət əsasında vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin bu müzakirələrin təşkil edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda bütün iştirakçılara Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin sənədlər toplusu verilib. Toplunu Azərbaycan Xarici İşlər Nazirliyi hazırlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir