Modern.az

“Azercell”in dəstəyi ilə 120 gənc bir araya gətirildi

“Azercell”in dəstəyi ilə 120 gənc bir araya gətirildi

Təhsil

14 Mart 2011, 16:41

Martın 12-də “Əli və Nino” kafesində BookClub layihəsinin yekun təqdimatı baş tutub. “Azercell Maksimum Gənc” və “Əli və Nino” mağazalar şəbəkəsi tərəfindən həyata keçirilən bu layihə 120 nəfər gənc kitab həvəskarını bir araya gətirib.

“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli tədqimatda çıxış edərək layihənin 4 ay davam etdiyini bildirdi.  N.Köçərlinin sözlərinə görə, bu müddət ərzində «Azercell Maksimum Gənc» abunəçiləri arasında kitab həvəskarı olanlar ayda bir dəfə müəyyən bir kitabı müzakirə etmək üçün kluba toplaşıblar. Kitabsevərlər onlara pulsuz təqdim olunan kitabları 1 ay ərzində oxuyandan sonra onun müzakirəsini aparıblar. Təqdim olunan kitablar müasir Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət olub. Ümumilikdə dörd qrup - «Nizami», «Nəsimi», «Fizuli» və «Xaqani» adlandırılan qruparda 120 nəfər təmsil olunub. Bundan əlavə, iştirakçılara ümumilikdə 500-dən çox kitab pulsuz paylanıb.

Azercell Telecom MMC-nin mətbuat məsələləri üzrə eksperti Fəxri Abbasov belə maraqlı və faydalı layihəni dəstəklədiyi üçün təmsil etdiyi qurum adından məmnunluğunu bildirdi. Onun sözlərinə görə Azercell yarandığı gündən sosial yönümlü, Azərbaycan mədəniyyət və incəsənətinin inkişafına dəstək verən layihələrə kömək edib. ““BookClub” da bu cür layhələr sırasındadır” - deyən F. Abbasov Azərbaycan gəncləri arasında müasir ədəbiyyata marağı artıran belə layihələrin xüsusi əhəmiyyətini bir daha vurğuladı.  

Təqdimatda iştirak edən “Qanun” nəşrlər evinin rəhbəri və müzakirələrin moderarotu Şahbaz Xuduoğlu bildirdi ki, bu layihədə tanınmış yazıçılar, alimlər, sənət adamları və jurnalistlər də iştirak ediblər. Sərbəst şəkildə aparılan diskussiyalar zamanı hər bir gənc iştirakçıya öz fikrini açıq bildirmək və polemika aparmaq, ədəbi biliyini, intellekt səviyyəsini nümayiş etdirmək imkanı yaradılıb. 

«Book Club» layihəsinin məqsədi gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, onlarda kitab oxumağa həvəs yaratmaq və gənc kitabsevərlərin arasında şəbəkələşməyə nail olmaq idi. Artıq bu gənclər Facebook sosial şəbəkəsində BookClub-a aid ayrıca səhifə yaradıblar və müzakirələrini burada davam etdirirlər. Bu səhifəyə həmçinin diskussiyalar zamanı çəkilmiş şəkillər də yerlışdirilir. (//www.facebook.com/pages/MG-and-Ali-Nino-BookClub/171060286252185?v=wall)

Qeyd edək ki, təqdimatın sonunda bütün iştirakçılar diplomlar və Azercell Telekom-dan xüsusi hədiyyələrlə təltif olunublar. 

Modern.az
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?