Modern.az

Müxalifətin birgə mitinqi aprelin 2-nə təyin edildi

Müxalifətin birgə mitinqi aprelin 2-nə təyin edildi

Təhsil

14 Mart 2011, 19:53

İctimai Palatanın növbədənkənar iclasında bu barədə qərar qəbul edilib

Müxalifət partiyalarının təsis etdiyi İctimai Palatanın Koordinasiya Şurası  aprelin 2-də kütləvi aksiya keçirmək barədə qərar qəbul edib. Bu barədə Modern.az-a İctimai Palatanın təsisçilərindən olan Aqil Səmədbəyli bildirib. Onun sözlərinə görə, İctimai Palatanın koordinasiya şurasının bu gün növbədənkənar keçirilən iclasında ötən həftənin cümə və şənbə günləri keçirilən kütləvi aksiyalardan sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyət müzakirə edilib. Burada kütləvi aksiyalarla bağlı məsləhətləşmələr aparılıb, aparıcı müxalifət partiyalarının birgə mitinqini təşkil etmək barədə qərar qəbul edilib.

İctimai Palatanın koordinasiya şurası müxalifətin birgə mitinqini apreln 2-nə saat 14-ə təyin edib. Mitinq ölkə üzrə deyil, yalnız Bakı şəhərində keçiriləcək. Mitinqdən öncə Azərbaycan xalqına müraciət olunacaq. Kütləvi aksiya üçün paytaxt hakimiyyətindən Nərimanov kinoteatrının qarşısındakı meydan istəniləcək. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?