Modern.az

AŞPA yaz sessiyasında “Azərbaycan məsələsini” kənara qoyub

AŞPA yaz sessiyasında “Azərbaycan məsələsini” kənara qoyub

Təhsil

15 Mart 2011, 13:51

Mötəbər qurumun aprel ayında keçirəcəyi sessiyanın gündəliyi açıqlanıb

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu martın 10-da Parisdə keçirilmiş yığıncağında qurumun yaz sessiyasının gündəliyini təsdiq edib. Modern.az saytının “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 11-dən 15-dək davam edəcək yaz sessiyasının ilk günündə gündəlik təsdiq olunacaq, büronun və daimi komitənin qış sessiyasından keçən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinləniləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi qurumun işindən danışacaq, deputatların ona ünvanlayacağı yazılı və şifahi suallara cavab verəcək. Aprelin 12-də Fransa, Norveç və İsveçrədən İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Rumıniyadan, Vatikandan, Türkiyədən, Rusiyadan və Almaniyadan olan yüksək rütbəli din xadimləri çıxış edəcək, dinlərarası dialoqun dini ölçüsü, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti, məktəbdə zorakılığa qarşı tərbiyə məsələləri müzakirə olunacaq. Sessiyanın sonrakı günlərində yoxsulluqla mübarizə, demokratiya üçün təhlükə və insan haqları, Şərqi Avropada iqtisadi inkişafa və idarəçiliyə dair Avropa İttifaqının Şərq tərəfdaşlığına çağırışı, Avropada kəndli qadınların vəziyyəti, AŞ-yə üzv dövlətlərdə ölüm hökmü və AŞ-nin müşahidəçiləri, Avropada işgəncələrə qarşı mübarizə mexanizminin gücləndirilməsi, su-münaqişələr mənbəyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Sessiyanın gedişində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqin, AŞ baş katibi Tyornbyorn Yaqlandın və ölüm hökmünün ləğvi üzrə Beynəlxalq Komitənin sədri Federiko Mayor Saraqozanın deputatlar qarşısında çıxışları nəzərdə tutulur. Avropalı deputatlar son vaxtlar ərəb dünyasında baş vermiş hadisələrə də münasibət bildirəcəklər. Aprelin 15-də AŞPA bürosu yaz sessiyasının işinə yekun vuracaq. AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələnin müzakirəsi daxil edilməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?