Modern.az

«Mərkəz» qəzeti dəyirmi masa keçirəcək

«Mərkəz» qəzeti dəyirmi masa keçirəcək

5 Noyabr 2009, 16:19

Noyabrın 7-də «Mərkəz» qəzetinin Azərbaycan Respublikası Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi» layihəsi üzrə ikinci dəyirmi masa keçiriləcək. Tədbirin mövzusu «Uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində incəsənətin rolu» adlanır.  "Mərkəz" qəzetindən bildirilib ki, t

ədbirə Bəsəkarlar İttifaqının, «Azanfilm» studiyasının, Mədəniyyət və Turizm Nazirliyinin Cəfər Cabbarlı adına Kinostudiyasının, Azərbaycan Yazıçılar Birliyinin, hərbi orkestrin, musiqi məktəblərinin nümayəndələri, jurnalistlər dəvət olunublar.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir