Modern.az

Rəsmi Vyana: “Avstriya Qarabağ üçün səy göstərməyə hazırdır”

Rəsmi Vyana: “Avstriya Qarabağ üçün səy göstərməyə hazırdır”

Təhsil

15 Mart 2011, 16:43

Avstriya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ATƏT-in Minsk qrupu çərçivəsində səyləri davam etdirməyə çağırır. Modern.az AzərTAc-a istinadla bildirir ki, bu sözləri ölkənin Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer Vyana İnstitutunda “Avstriyanın Qara dəniz və Cənubi Qafqaz bölgələrində xarici siyasəti” mövzusundakı çıxışında deyib. Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır və Avstriya bu istiqamətdə öz dəstəyini əsirgəməyəcək.

Azərbaycan və Ermənistandan olan həmkarları ilə söhbətlərində tərəfləri problemi həll etmək üçün cəhdləri ikiqat artırmağa çağırdığını qeyd edən M.Şpindeleqqer vurğulayıb ki, həll olunmamış münaqişələr bölgənin böyük potensialının reallaşdırılmasında əngəllər törədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?