Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Bernar Fasyeni (Fransa), Robert Bradtkeni (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az