Modern.az

Azərbaycanda qrip epidemiyası – Rəsmi

Azərbaycanda qrip epidemiyası – Rəsmi

29 Dekabr 2016, 21:26

Azərbaycanda mövsümi qrip virusuna yoluxma hallarında artım müşahidə olunur. Modern.az saytı xəbər verir ki, Səhiyyə Nazirliyi Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovun APA-ya verdiyi məlumata görə, hələlik vəziyyət epidemioloji hədd daxilindədir. Onun sözlərinə görə, ötən illərlə müqayisədə qripə yoluxanların sayı artır: "İnsanlar qripə tutulduğu zaman ilkin olaraq, poliklinikalara, təcili yardıma müraciət edir. Onlar xəstəlik simptomları baş verəndə nə qədər tez müraciət etsə, o qədər tez müalicə olunar və sağalar".

V.Qasımov bu gün sosial şəbəkələrdə qrip epidemiyasından bir nəfərin ölməsi barədə yayılan xəbərə münasibət bildirib. O, bu barədə məlumatsız olduğunu deyib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır